Bakıda tikinti şirkətində partlayış baş verib

Bakıda tikinti şirkətində partlayış baş verib
# 02 avqust 2014 10:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov –APA. Bakıda tikinti şirkətində partlayış baş verib.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Salyan şossesində yerləşən tikinti şirkətinə məxsus yardımçı tikilidə qeydə alınıb.

Məişətdə istifadə edilən qaz balonu partlaması nəticəsində orada fəhlə işləyən, Lənkəran rayon sakini Elnur Rəhimov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR