Məhəbbət Vəliyeva psixoloqların əməkhaqqının artımı məsələsinə münasibət bildirib

Məhəbbət Vəliyeva psixoloqların əməkhaqqının artımı məsələsinə münasibət bildirib
# 06 fevral 2020 17:43 (UTC +04:00)

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva diaqnostik qiymətləndirmədən keçən psixoloqların əməkhaqqının artımı məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında deyib ki, Təhsil Nazirliyinin qarşısında duran əsas məqsəd ümumtəhsil məktəblərində çalışan psixoloqların bilik və bacarığının diaqnostik qiymətləndirməsini həyata keçirmək idi: "Təbii ki, qiymətləndirmədən sonra müəyyən olunan məqsədlər bundan sora gerçəkləşdiriləcək və aidiyyəti təşkilatlar qarşısında da yəqin ki, bu məsələ səsləndiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR