Somalidə BMT-nin ofisi qarşısında partlayış törədilib, yaralananlar var

Somalidə BMT-nin ofisi qarşısında partlayış törədilib, yaralananlar var
# 05 yanvar 2017 02:17 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda BMT-nin İnkişaf Proqramının ofisi qarşısında partlayış baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində binanın mühafizəsini təmin edən 4 polis əməkdaşı yaralanıb.

İnsident zamanı BMT əməkdaşlarından zərərçəkən olmayıb.

Partlayışa görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR