Sabirabadda dovşan ovlayan şəxs tutulub

Sabirabadda dovşan ovlayan şəxs tutulub
# 11 yanvar 2017 08:56 (UTC +04:00)

Sabirabadda qanunsuz ov edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 10-da Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində rayon sakini Ağamoğlan Muxtarov qanunsuz ov etdiyi üçün Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan "İJ-17" markalı ov tüfəngi və 8 ədəd dovşan götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR