İsmayıllının bəzi kəndlərinin qaz təchizatı məhdudlaşdırılır

İsmayıllının bəzi kəndlərinin qaz təchizatı məhdudlaşdırılır
# 28 fevral 2017 13:57 (UTC +04:00)

Sabah SOCAR-ın "Qaz İxrac" İdarəsinin magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.


"Azəriqaz" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, martın 1-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin balansında olan "Kürdmaşı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.


Təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacı Həsənli, Aşıqbayramlı, Mollaisaqlı, Qarakolluq və Hafizli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR