QAT erməni yalanlarını ifşa edən özbək tarixçi ilə görüş keçirib

QAT erməni yalanlarını ifşa edən özbək tarixçi ilə görüş keçirib
# 07 mart 2017 14:42 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) ofisində tanınmış özbək tarixçisi Şuxrat Barlasla görüş keçirilib.

QAT-dan APA-ya verilən məlumata görə, əvvəlcə QAT sədri Akif Nağı Ş. Barlasın həyatı, elmi fəaliyyəti ilə bağlı danışıb.

Ş. Barlas isə yaradıcılığından bəhs edib, Azərbaycana, Özbəkistandakı Azərbaycan diasporuna ona göstərdikləri dəstəyə görə təşəkkürlərini çatdırıb. Sonra Ş. Barlas görüş iştirakçılarının suallarını cavablandırıb.

A. Nağı qonağa QAT-ın fəxri diplomunu, Qarabağa dair kitabları, sənədli filmin diskini təqdim edib.

Qeyd edək ki, Ş. Barlas erməni millətçiləri və terror təşkilatlarının Orta Asiya və Azərbaycanda törətdikləri qanlı olaylar, Ermənistanın Azərbaycan torpaqlarını işğalı, Qarabağ müharibəsi ilə bağlı bir neçə kitabın, onlarla məqalənin müəllifidir. Ş. Barlas bu əsərlərinə görə öz ölkəsində ermənilərin haqsız təzyiqlərinə və təqiblərinə məruz qalıb, ermənilər hətta ona qarşı cinayət işinin açılmasına nail olublar. Lakin Özbəkistan məhkəməsi onun haqqında ədalətli qərar çıxararaq, sərbəst buraxılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR