De Mistura: “Suriya üzrə danışıqların beşinci raundu martın 23-də başlayacaq ”

De Mistura: “Suriya üzrə danışıqların beşinci raundu martın 23-də başlayacaq ”
# 08 mart 2017 23:38 (UTC +04:00)

Suriya üzrə danışıqların beşinci raunduna martın 23-də Cenevrədə start veriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Təhlükəsizlik Şurasında keçirilən qapalı toplantıdan sonra qurumun Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.

“Suriya üzrə danışıqların beşinci raundu martın 23-də baş tutacaq. Danışıqlarda iştirak edəcək nümayəndə heyətlərin martın 22-də Cenevrəyə gələcəyini gözləyirik”, deyə S.de Mistura bildirib.

Suriya üzrə danışıqların dördüncü raundu martın 3-də başa çatıb. Cenevrədə Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı ilə danışıqlar fevralın 23-dən etibarən aparılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR