Avropa Məhkəməsi iş yerlərində qadın baş örtüyü ilə bağlı qadağanı təsdiqləyib

Avropa Məhkəməsi iş yerlərində qadın baş örtüyü ilə bağlı qadağanı təsdiqləyib
# 14 mart 2017 10:41 (UTC +04:00)

Avropa İttifaqı ərazisində iş yerlərində baş geyimlərinə dair qadağa təsdiq edilib.

APA-nın BBC-ə istinadən verdiyi məlumata görə, müvafiq qərarı Avropa Ədalət Məhkəməsi verib.

Qərara əsasən, siyasi, fəlsəfi və dini işarə daşıyan baş örtüklərinə dair qadağa şirkətlərin daxili qaydalarına əsaslanmalıdır. Həmin qaydalara görə, işçilərin geyim tərzi “neytral” olmalıdır.

Qeyd edək ki, bu, Avropa Ədalət Məhkəməsinin iş yerlərində müsəlman qadınların baş örtüyünə dair ilk qərarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR