Astara sakini dostu tərəfindən bıçaqlanıb

Astara sakini dostu tərəfindən bıçaqlanıb
# 16 mart 2017 13:49 (UTC +04:00)

Astara rayonunda bir ay əvvəl həbsdən azad olunan şəxs yenidən cinayət törədib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Manafov Güləli Yusif oğlu həmkəndlisi və dostu Quliyev Şahmehdi Şöhrəddin oğlu tərəfindən bıçaqlanıb.

G. Manafov yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Cinayəti törətməkdə təqsirli bilinən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Ş. Quliyevin məhkumluq həyatı yaşadığı, bir ay öncə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığı bildirilir.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR