Syerra-Leonedə keşiş dünyanın ən iri almazlarından birini tapıb

Syerra-Leonedə keşiş dünyanın ən iri almazlarından birini tapıb
# 16 mart 2017 22:22 (UTC +04:00)

Syerra-Leonenin Kono dairəsində keşiş 706 karat ölçüdə emal edilməmiş almaz tapıb.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, dəyəri hələlik müəyyənləşdirilməyən almaz saxlanılması üçün Syerra-Leone bankına təhvil verilib.

Almaz Syerra-Leone prezidenti Bay Koromeyə nümayiş etdirilib. Məlumata görə, qiymətli daş keşiş Emmanuel Momox tərəfindən ölkənin şərqində yerləşən Yakadu kəndində aşkarlanıb.

Qeyd edək ki, ölkədə çəkisi 969 karat olan ən iri almaz 1972-ci ildə tapılıb.

Tapılan daş dünyanın 20 ən iri almazdan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR