İƏT-in münaqişələrin həllinə dair təmas qrupunun görüşü başlayıb

İƏT-in münaqişələrin həllinə dair təmas qrupunun görüşü başlayıb
# 17 aprel 2017 11:11 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatının sülh və münaqişələrin həllinə dair təmas qrupunun görüşü başlayıb.

APA-nın İƏT-nın "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, Ciddədə keçirilən görüşün məqsədi terrorçuluq, dözümsüzlük, ekstremizm və sülhə təhdid kimi sahələrdə islam dünyasının qarşılaşdığı problemlərlə bağlı ən yaxşı həll yollarını tapmaqdır.

Qeyd edək ki, təmas qrupunun yaradılması qərarı oktyabrın 18-19-da İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Özbəkistanın paytaxtı Daşkəndə keçirilən 43-cü sessiyasında qəbul edilib. Qrupun tərkibinə Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxil olub. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə, İƏT çərçivəsindəki bütün regionlar qrupda təmsil olunub. 2016-cı ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş 71-ci sessiyası çərçivəsində İƏT baş katibinin sədrliyi ilə təmas qrupunun ilk iclası keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR