Vüqar Həşimovun xatirə turniri başlayır

Vüqar Həşimovun xatirə turniri başlayır
# 21 aprel 2017 08:48 (UTC +04:00)

Bu gün mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 4-cü dəfə keçiriləcək yarışın ilk turunda Azərbaycanın hər iki təmsilçisi qara fiqurlarla oynayacaq.

Şəhriyar Məmmədyarov turnirin reytinq favoriti Uesli Soya (ABŞ), Teymur Rəcəbov isə Pavel Elyanovla (Ukrayna) qarşılaşacaq.

Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək yarış saat 15-00-da start götürəcək.

I tur

Radoslav Voytaşek (Polşa) - Vladimir Kramnik (Rusiya)

Veselin Topalov (Bolqarıstan) - Maykl Adams (İngiltərə)

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Sergey Karyakin (Rusiya) - Pentala Harikrişna (Hindistan)

Pavel Elyanov (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR