Prezident seçkilərində Həsən Ruhaninin əsas rəqiblərindən biri namizədliyini geri götürüb

Prezident seçkilərində Həsən Ruhaninin əsas rəqiblərindən biri namizədliyini geri götürüb
# 15 may 2017 15:58 (UTC +04:00)

Prezident seçkilərində Həsən Ruhaninin əsas rəqiblərindən olan İslam İnqilabı Qüvvələri Cəbhəsindən prezidentliyə namizəd, Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf mühafizəkar cəbhədən olan digər namizəd İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürüb.

APA-nın Tehran bürosunun məlumatına görə, M. B. Qalibaf bəyanat yayaraq bildirib ki, bütün potensialını və gücünü İbrahim Rəisinin qələbə qazanması üçün istifadə edəcək.

Cümə günü keçiriləcək seçkidə Həsən Ruhani və İbrahim Rəisi prezidentlik uğrunda mübarizə aparacaqlar. Bəzi siyasi ekspertlər seçkilərin ikinci tura qalacağı ehtimalını irəli sürüblər.

İranın Seçkilər Təşkilatının açıqlamasına əsasən ölkə vətəndaşlarının 56 milyon 410 nəfəri səsvermə hüququna malikdir. Səsvermə 62 min məntəqədə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR