İnterpol xətti ilə axtarışda olan Türkiyə vətəndaşı Gürcüstanda tutulub

İnterpol xətti ilə axtarışda olan Türkiyə vətəndaşı Gürcüstanda tutulub
# 17 may 2017 09:24 (UTC +04:00)

İnterpol xətti ilə axtarışda olan Türkiyə vətəndaşı Gürcüstanda saxlanılıb.

APA-nın “apsny.ge”-yə istinadən verdiyi məlumata görə, 45 yaşlı şəxs Türkiyədə qətl törətməkdə ittiham olunur.

O, Ermənistan-Gürcüstan sərhədindəki Sadaxlı gömrük-keçid məntəqəsindən keçməklə Gürcüstanı tərk etmək istəyərkən tutulub.

Onun Türkiyəyə verilməsi üçün tədbirlər görülür.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR