Sudan və Anqolanın neft nazirləri Bakıya gəlir

Sudan və Anqolanın neft nazirləri Bakıya gəlir
# 17 may 2017 12:10 (UTC +04:00)

Sudanın neft və qaz naziri Məhəmməd Zayed Avad (Mohamed Zayed Awad) və Anqolanın neft naziri Maria Botelyo de Vaskonselosun (Maria Botelho de Vasconcelos) Azərbaycana səfəri planlaşdırılır.


"APA-Economics" xəbər verir ki, nazirlərin iyunun 1-2-də Bakıda baş tutacaq 24-cü Beynəlxalq Xəzər Neft-Qaz Konfransında ("Caspian Oil and Gas Conference") iştirakı gözlənilir. Hər iki vəzifəli şəxsin konfransda çıxış etməsi də nəzərdə tutulub.

Bundan başqa, konfransda Azərbaycanın energetika naziri Natiq Əliyevin, SOCAR prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentləri, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz, Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Hüseyn Adeli, "Türk Petrolleri AO" (TPAO) şirkətinin baş direktoru Besim Şişman, İordaniya Milli Neft Şirkətini İdarə Heyətinin üzvü Hazem Əl-Ramini və dünya çapında digər neft-qaz şirkətlərinin rəsmiləri iştirak edəcəklər.

Tədbirə həmçinin Rumıniyanın energetika nazirinin müavini Lulian-Robert Tudoraçe (Lulian-Robert Tudorache) də qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR