Erkan Özoral: “Fətullah Gülənin ekstradisiyası ilə bağlı danışıqlar davam edir”

Erkan Özoral: “Fətullah Gülənin ekstradisiyası ilə bağlı danışıqlar davam edir”
# 12 iyul 2017 09:15 (UTC +04:00)

“FETÖ terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı danışıqlar davam edir”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib. Səfir deyib ki, bu məsələdə Türkiyənin müttəfiqləri öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər: “Təəssüf ki, biz bu məsələdə digər dövlətlərdən Azərbaycan dövlətinin göstərdiyi həssaslığı görmürük”.

E. Özoral qeyd edib ki, dövlət çevrilişinə cəhddən sonra Türkiyə iqtisadiyyatı daha yaxşı inkişaf edib, terrora qarşı layiqli mübarizə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR