Binəqədidə Heydər Əliyevin hakimiyyətə gəlişinin 48-ci ildönümü münasibətilə tədbir keçirilib

Binəqədidə Heydər Əliyevin hakimiyyətə gəlişinin 48-ci ildönümü münasibətilə tədbir keçirilib
# 14 iyul 2017 13:06 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyətində Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr edilmiş “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” adlı tədbir keçirilib.

Rayon İH-dən APA-ya verilən xəbərə görə, tədbirdə İH başçısının müavini Aygün Əliyeva, millət vəkili Hikmət Babaoğlu, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatın əməkdaşları, rayonun qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb, müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini qeyd edib.


Sonra “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” mövzusunda məruzə ilə çıxış edən millət vəkili Hikmət Babaoğlu Heydər Əliyevin təkcə dövlət quruculuğu sahəsində deyil, milli quruculuqda da xalqa liderlik etdiyini vurğulayıb: “1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında Günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu”.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, 1969-cu il iyulun 14-dən Azərbaycan tarixinin Heydər Əliyev dövrü başlanıb: "Elə bir dövr ki, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər, respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə, xalqın mənəvi intibahı, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunur”.

Binəqədi RİH, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümü münasibətilə axşam saatlarında Heydər Əliyev adına istirahət parkında rayon sakinləri üçün konsert proqramı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR