Xızı və Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xızı və Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 17 iyul 2017 10:48 (UTC +04:00)

Xızı və Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 16-da saat 12 radələrində Xızı rayonunun Baxışlı kəndi ərazisində Bakı şəhər sakinləri Faiq Cəfərovun idarə etdiyi "Hyundai" və Vasif Qarayevin idarə etdiyi "Range Rover" markalı avtomobillər toqquşub. Nəticədə F.Cəfərovun sərnişinləri - anası Elmira və qardaşı Niyaz xəstəxanaya yerləşdirilib, Niyaz orada ölüb.

İyulun 16-da saat 22 radələrində Şəmkir şəhəri ərazisində Şiştəpə kənd sakini Bəhlul Nağıyevin idarə etdiyi "VAZ-2107" və Gəncə şəhər sakini Şahrux İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə B.Nağıyev və sərnişinlərindən həmkəndlisi Arifə Rüstəmova hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR