Gəncə sakinini ilan sancıb

Gəncə sakinini ilan sancıb
# 13 sentyabr 2017 11:00 (UTC +04:00)

Tovuzda Gəncə sakinini ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Girzan kəndi yaxınlığında, Ceyrançöl adlanan ərazidə qeydə alınıb. İlan orada fəhlə işləyən Gəncə sakini, 1994-cü il təvəllüdlü Anar Hüseynovu ayağından sancıb. O dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR