Bakıda avtobus yük maşını ilə toqquşub, xəsarət alanlar var

Bakıda avtobus yük maşını ilə toqquşub, xəsarət alanlar var
# 12 oktyabr 2017 23:54 (UTC +04:00)

Bakıda avtobus yük maşını ilə toqquşub, xəsarət alanlar var. APA-nın xəbərinə görə, qəza paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. 163 saylı marşrut xətti üzrə hərəkət edən “Daevoo” markalı avtobus “Howo” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində avtobusdakı 4 nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər klinikasına yerləşdirilib.

İlkin tibbi yardımdan sonra xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR