Gündüz İsmayılov: "Bölgələrin hamısında mədrəsələr yaradılıb və qeydiyyatdan keçirilib"

Gündüz İsmayılov: "Bölgələrin hamısında mədrəsələr yaradılıb və qeydiyyatdan keçirilib"
# 13 oktyabr 2017 09:16 (UTC +04:00)

"Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq bölgələrimizin hamısını əhatə etməklə, mədrəsələr formalaşdırılıb".

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov bildirib.

G. İsmayılov deyib ki, mədrəsələrlə bağlı hüquqi prosedurlar formalaşdırılıb: "Bütün mədrəsələrin təsisçisi qanunvericiliyə uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsidir və mədrəsələr də artıq Dövlət Komitəsində dövlət qeydiyyatından keçib. Mədrəsələrin fəaliyyətə başlamasına gəlincə, əvvəlki dövrlərdə olduğu kimi, üç mədrəsə - Şəki İslam Mədrəsəsi, Bakı Şəbnəm Qızlar Mədrəsəsi və Zaqatala Əlibadad İslam Mədrəsəsi fəaliyyətini davam etdirir. Digər mədrəsələrin fəaliyyətə başlaması istiqamətində hazırda Qafqaz Müsəlmanları İdarəsi ilə birlgə fəaliyyətimiz davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR