Zimbabve paytaxtında prezident Robert Muqabenin istefasının tələbi ilə yürüş keçirilir.
APA-nın "Röyters"ə istinadən verdiyi məlumata görə, yürüş iştirakçıları prezidentin iqamətgahına doğru irəliləyirlər.
Yürüşdə minlərlə şəxs iştirak edir.
Xatırladaq ki, Zimbabvedə hərbçilər 93 yaşlı Muqabeni girov götürüblər. Lakin o, istefaya getməkdən imtina edir.