Gürcüstan Azərbaycanlılarının Milli Konqresi (GAMK) Marneulinin icra başçısı Temur Abazovla bağlı ölkənin Baş Prokurorluğuna müraciət edib.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə GAMK sədri Əli Babayev keçirdiyi brifinqdə deyib. O bildirib ki, rəhbərlik etdiyi təşkilat Baş Prokurorluqdan T. Abazova qarşı irəli sürülmüş ittihamın yüngül ittihamla əvəz olunaraq, onun ev dustaqlığına buraxılmasını xahiş edib: "Temur Abazov Gürcüstanın müstəqillik tarixində seçki yolu ilə icra başçısı seçilmiş ilk azərbaycanlıdır. İcra başçısı kimi o, Marneulinin problemləri ilə yaxından maraqlanıb və yerli sakinlərlə sıx ünsiyyətdə olub. Baş vermiş insident Marneulidəki qruplaşmalar tərəfindən hazırlanmış təxribatdır".
Ə. Babayev qeyd edib ki, Baş Prokurorluq müraciəti nəzərə almasa, GAMK Tbilisi və Marneuildə T. Abazova azadlıq tələbi ilə aksiya keçirəcək.
Gürcüstan azərbaycanlılarının təşkilatı Temur Abazovun müdafiəsinə qalxıb
14 iyun 2018 11:11 (UTC +04:00)
Hadisə
Qubada çörək sexində yanğın baş verib - FOTO
23:16
8 may 2024
Biləsuvarda "Prado" motoskletlə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
20:25
8 may 2024
Həkimlərin talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğu - Məhkəmə prosesi
19:20
8 may 2024
Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib - VİDEO
19:17
8 may 2024