“Bu gün prezident İlham Əliyevin NATO sammiti çərçivəsində Brüsseldə bir sıra görüşləri nəzərdə tutulub".
APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, sammit çərçivəsində İlham Əliyev və Avropa İttifaqı rəhbərliyi arasında da görüş keçiriləcək: “Görüş zamanı Aİ və Azərbaycan arasında "Yeni tərəfdaşlıq prioritetləri" adlı sənədin paraflanması gözlənilir”.