İran-İraq sərhədində 4,1 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 02:35-də qeydə alınan yeraltı təkanların episentri İraqın Bəsrə şəhərindən 46 km şimalda, ocağı 24 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayı
Xatırladaq ki, 2017-ci il, noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 500-dək insan həyatını itirib, 12 minə yaxını xəsarət alıb.