Tbilisidə metro işçiləri tətili dayandırıb

Tbilisidə metro işçiləri tətili dayandırıb
# 06 iyun 2018 06:50 (UTC +04:00)

Tbilisi metropoliteninin maşinistlərinin iki günlük tətili dayandırılıb.

APA-nın yerli bürosunun məlumatına görə, metro bu gün saat 14:00-da fəaliyyətini bərpa edəcək.

Metro maşinistləri və Tbilisi meriyası arasında əmək haqlarının artırılması ilə bağlı danışıqlar nəticə verib. Əmək haqlarının gələn ilin yanvarından artırılacağı gözlənilir. Artımın nə qədər olacağı hələ məlum deyil.

Qeyd edək ki, Tbilisi metro işçilərinin tətilinə görə, şəhərdə ictimai avtobuslar sərnişinlərə ödənişsiz xidmət göstərib. Metro maşinistləri əmək haqlarının 45% artırılması tələbi ilə tətil keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR