AÇG-nin səhmdarının aktivləri dəyərdən düşüb

AÇG-nin səhmdarının aktivləri dəyərdən düşüb
# 07 fevral 2017 12:41 (UTC +04:00)

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda payçı olan Norveçin “Statoil” neft-qaz şirkəti rüblük hesabatını açıqlayıb.

APA-Economics”in “Statoil” şirkətinin hesabatına istinadən məlumatına görə, Norveç şirkətinin göstəriciləri proqnozlardan pis olub. Buna şirkətin 2,3 mlrd. dollarlıq aktivlərinin dəyərdən düşməsi olub. Çünki şirkət uzunmüddətli perspektivdə qiymətlərin proqnozunu azaldıb.

Dördüncü rübdə şirkətin xalis əməliyyat itkiləri 1,9 mlrd. dollar təşkil edib. Anaitiklər 2,1 mlrd. həcmində gəlir gözləsələr də, ötən il öncə “Statoil” 152 mln. dollar həcmində itki ilə üzləşib.

Şirkətin məlumatında deyilir ki, bu nəticəyə qiymət proqnozlarının azalması ilə yanaşı, 2,3 mlrd. dollar həcmində olan dəyərdən düşmüş aktivlərin ehtiyatlara köçürmələri də təsir göstərib.

Şirkət dividend siyasətinə sadiq olduğunu təsdiqləyib və bildirib ki, 2017-ci ildə kapital xərcləri 2016-cı il ilə müqayisədə dəyişməyəcək və 11 mlrd. dollar təşkil edəcək. Geoloji kəşfiyyat işləri sayəsində göstərici yenidən 1,5 mlrd. dollar təşkil edəcək.

Qeyd edək ki, AÇG-də iştirak payları BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videch Limited” (OVL) (2,7%) malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR