Türkiyədə helikopter qəzası baş verib

Türkiyədə helikopter qəzası baş verib
# 18 aprel 2017 14:35 (UTC +04:00)

Türkiyənin Tunceli vilayəti ərazisində helikopter qəzası baş verib.


APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, polisə məxsus “Sikorsky S-70 Blackhawk” tipli helikopter vilayətin Pülümür rayonu ərazisində qəzaya uğrayıb. Helikopterin içində 7 polis, 1 hakim, 1 əsgər və daha 3 nəfər olub.

Hadisədən sonra helikopterin heyət üzvlərindən biri 112 təcili yardım xidmətinə zəng açaraq 7 nəfərin yaralandığını bildirib. O, özünün də yaralı olduğunu söyləyib. Telefon zəngindən sonra olayın baş verdiyi yerin koordinatları müəyyənləşdirilib. Ancaq hava şəraitinin dumanlı, yağışlı olması, qəza yerinin 2500 metr yüksəklikdə yerləşməsi və yolların qarlı olması xilasedicilərin qəza yerinə getməsinə çətinlik yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR