Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
# 24 iyul 2018 08:29 (UTC +04:00)

İyulun 20-də Goranboy rayonu ərazisində rayon sakini Ziyəddin Rüstəmovun avtomobillə vurulması, xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar Goranboy Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, araşdırmalarla piyadanın axşam saatlarında rayonun Xanqərvənd kəndi ərazisində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub. ​Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ 21103” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Mingəçevir şəhər sakini Kamal Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR