Hüquq-mühafizə orqanları adından dələduzluq edən şəxs apellyasiya şikayəti verib

Hüquq-mühafizə orqanları adından dələduzluq edən şəxs apellyasiya şikayəti verib
# 23 sentyabr 2017 10:27 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən Elçin Səfərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

APA-nın xəbərinə görə, cinayət işi Bakı Apellyasiya Məhkəməsində Namiq Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin baxışı sentyabrın 25-nə təyin edilib.

İttihama görə, E. Səfərov zərərçəkmiş Gülmayə Məmmədovaya hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə tanışlıq münasibəti olduğunu deyərək, ona dəyən külli miqdarda ziyanın qaytarılmasına kömək edəcəyini deyib. Bunun müqabilində o, G. Məmmədovadan 10 min manatdan çox pul alıb və amma vədinə əmək etməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR