Mordoviya Futbol Federasiyasının prezidenti qəzada ölüb

Mordoviya Futbol Federasiyasının prezidenti qəzada ölüb
# 20 dekabr 2019 12:09 (UTC +04:00)

Rusiya Federasiyası Mordoviya Futbol Federasiyasının prezidenti Aleksandr Yaşkov yol-nəqliyyat qəzasında ölüb.

Apasport.az saytının məlumatına görə, qəza onun Rusiya Futbol İttifaqının Moskvada keçirilən konfransından Saranska qayıdarkən baş verib.

“Kia Stinger”in sükanı arxasında olan A.Yaşkov idarəetməni itirərək yarımqoşqulu yük maşını ilə toqquşub. Qurum başçısı aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, federasiya prezidenti vəzifəsini kimin icra edəcəyinə yaxın zamanda aydınlıq gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR