MOK-da Regionların inkişafı üzrə Dövlət Proqramının yekunlarına həsr olunmuş müşavirə keçirilib

MOK-da Regionların inkişafı üzrə Dövlət Proqramının yekunlarına həsr olunmuş müşavirə keçirilib
# 09 fevral 2018 12:48 (UTC +04:00)

Milli Olimpiya Komitəsində (MOK) "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial - iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş respublika müşavirəsi keçirilib.


APA-nın xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bugünkü müşavirənin məqsədi bu yaxınlarda Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan prezidenti İlham Əliyevin çıxışından irəli gələn məsələlər və bu il görüləcək işlər barədə fikir mübadiləsi aparmaqdır.

Onun sözlərinə görə, 2014-2017-ci illərdə Göy - Göl, Abşeron, Ağcabədi Olimpiya İdman Kompleksləri, Milli Gimnastika Arenası, Respublika Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Stend Atıcılığı üzrə İdman Kompleksi, Bakı Olimpiya Stadionu, Avropa Oyunları Parkı, Su İdman Sarayı, BMX Veloparkı tikilib istifadəyə verilib.

Hazırda ölkəmizdə 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini xatırladan nazir deyib ki, onlardan 5-i Bakıda, 38-i isə regionda yerləşir: "Bu il Beyləqan və Lənkəran Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub. Növbəti ildə isə Tərtər və Goranboy Olimpiya İdman Komplekslərinin tikilib istifadəyə verilməsi planlaşdırılır. Məlumat üçün bildirim ki, Nazirliyin tabeliyində olan idman komplekslərindəki mehmanxana və kotteclərdə 1291 yataq yeri mövcuddur".

A. Rəhimov qeyd edib ki, regionlarda Gənclər evlərinin tikilməsi də əsas vəzifələrdəndir: "15-i Gənclər və İdman Nazirliyinin balansında olmaqla ümumilikdə bu günədək 40 Gənclər Evləri istifadəyə verilib. 2014-2017-ci illərdə Gənclər və İdman Nazirliyi tərəfindən tikilmiş, yenidən qurulmuş obyektlərdə 918 nəfər daimi işlə təmin olunub".


Müşavirə çıxışlarla davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR