FHN Sumqayıtda yataqxanada baş vermiş yanğından zərərçəkənlər üçün çadırlar quraşdırır

FHN Sumqayıtda yataqxanada baş vermiş yanğından zərərçəkənlər üçün çadırlar quraşdırır
# 06 avqust 2017 18:53 (UTC +04:00)

Xəbər verildiyi kimi, avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.

Çadırların quraşdırılması işlərinə FHN Mülki Müdafiə Qoşunlarının 35 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR