"Nar"ın rəhbəri: "3G xidmətindən istifadə səviyyəsi çoxdur"

"Nar"ın rəhbəri: "3G xidmətindən istifadə səviyyəsi çoxdur"
# 06 dekabr 2017 13:39 (UTC +04:00)

"Bu gün 4G məşhur olsa da, 3G xidmətindən istifadə səviyyəsi çoxdur. Buna görə, biz 3G üzərində təkmilləşdirmə işləri aparırıq".

"APA-Economics" xəbər verir ki, bunu "Nar" şirkətinin baş icraçı direktoru Qunnar Panke bildirib.


Baza stansiyalarının sayının artırılması və təkmilləşdirmə işlərinə gəlincə, Q.Pankenin sözlərinə görə, bu ilin əvvəlindən baza stansiyalarının sayı 2200-dən 2500-ə qədər artırılıb: "Bu isə təxminən 14% artım deməkdir. 3G baza stansiyalarının sayının artırılması ilə yanaşı, bu stansiyaları təkmilləşdirilməsini də düşünürük. Bu da abunəçilərimizə daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır. Bundan başqa, 4G-də də bu il təkmilləşdirmə işləri aparılıb. Bu gün 4G şəbəkəsi Bakı və Abşeron yarımadasını əhatə edir. Əlavə olaraq, Gəncəni də 4G şəbəkəsi ilə təmin etdik. Beləliklə, 4G baza stansiyalarının sayı 1000-ə çatdırılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR