Bakıda “VAZ” “Mercedes“lə toqquşaraq yanıb, sürücüsü xəsarət alıb

Bakıda “VAZ”  “Mercedes“lə toqquşaraq yanıb, sürücüsü xəsarət alıb
# 01 aprel 2018 02:42 (UTC +04:00)

Bakıda yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda “VAZ” və “Mercedes“ markalı iki minik avtomobili toqquşub, nəticədə yanğın baş verib. Yanğın zamanı “VAZ” markalı avtomobilin yanar hissələri yanmış, sürücü yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR