Türkiyə və İraq neft tədarükünün bərpasını müzakirə ediblər

Türkiyə və İraq neft tədarükünün bərpasını müzakirə ediblər
# 16 noyabr 2017 20:03 (UTC +04:00)

Türkiyə enerji sahəsini təmsil edən nümayəndə heyəti iraqlı həmkarları ilə Kərkükdən Ceyhana neft tədarükünün bərpa olunması məsələsini müzakirə ediblər. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Asim Cihad bildirib.

Danışıqlar Bağdadda baş tutub.

“Tərəflər Türkiyənin Ceyhan limanına neft ixracının tezliklə bərpa edilməsində maraqlı olduqlarını təsdiqləyiblər”, - deyə A.Cihad bildirib

Qeyd edək ki, İraqın kürd muxtariyyəti müstəqillik referendumu keçirdikdən sonra Kərkük-Ceyhan borusu ilə neftin nəqli dayandırılmışdı. Oktyabrın ortalarında İraq ordusu Kərkük əyaləti üzərində nəzarəti bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR