İstirahət günləri 5 nəfər dəm qazından boğulub

İstirahət günləri 5 nəfər dəm qazından boğulub
# 04 mart 2019 13:18 (UTC +04:00)

Azərbaycanda şənbə-bazar günləri 5 nəfər dəm qazından boğulub.

ONA-nın məlumatına görə, Gəncə şəhər sakinləri - Xalis Cəfərov və həyat yoldaşı Rəna Cəfərova, Bakının Qaradağ rayon sakini Vaqif Hacıyev, Xətai rayon sakini Gözəl Kərimova və Hacıqabul rayon sakini Şövkət Əsədova yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Faktlarla bağlı müvafiq olaraq rayon və şəhər Prokurorluqları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR