Venesuelanın prezidenti meksikalı həmkarını "qorxaq" adlandırıb

Venesuelanın prezidenti meksikalı həmkarını "qorxaq" adlandırıb
# 04 avqust 2017 05:21 (UTC +04:00)

Venesuela prezidenti Nikolas Maduro meksikalı həmkarı Enrike Penya Nyetonu “qorxaq” və “Donald Tramp tərəfindən namusu ləkələnmiş qulluqçu” adlandırıb.

Qeyd edək ki, Meksika bundan əvvəl Venesuelada keçirilən seçkiləri tanımaqdan imtina edib və ABŞ-ın bu ölkə əleyhinə tətbiq etdiyi sanksiyaları dəstəkləyib.

“Penya Nyeto mənə qulaq as: sənin üçün çox ayıb olmalıdır ki, bu cür rəftara izn verirsən. Mən Penya Nyetonu rəhbəri Tramp tərəfindən namusu ləkələnmiş, zorlanmış bir qulluqçu kimi görürəm”, - deyə Maduro qeyd edib.

Venesuela prezidenti hesab edir ki, Tramp Meksika prezidentinə sərhəddə ucaldılan divarın xərclərinin ödənilməsinə dair əmrlər verir: “Siz divara görə ödənişlər etməkdən imtina etsəniz, ABŞ sizinlə bir daha görüşmək istəməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR