Azərbaycanda istehsal olunan metal məhsullarının keyfiyyəti yoxlanacaq

Azərbaycanda istehsal olunan metal məhsullarının keyfiyyəti yoxlanacaq
# 20 dekabr 2010 08:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda qara və əlvan metalların istehsalı və təkrar emalı müəssisələrində məhsulların keyfiyyətini xüsusi komissiya araşdıracaq.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) «APA-Economics»ə verilən məlumata görə, respublika ərazisində qara və əlvan metalların istehsalı və təkrar emalı müəssisələrində məhsulların keyfiyyətinə dövlət nəzarətini gücləndirmək məqsədilə komissiya yaradılıb. SMPDK və Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssislərindən ibarət olan komissiya artıq Bakıdakı müəssisələrdə məmulatların keyfiyyətinin yoxlanılmasına başlayıb.

Komitədən bildirilib ki, komissiyanın yaradılmasında məqsəd insanların sağlamlığı, təhlükəsizliyin daha etibarlı qorunması, qara və əlvan metalların istehsalı və təkrar emalı müəssisələrində dövlət nəzarətini gücləndirməkdir. Monitorinqlər zamanı mövcud məhsulların seçilmiş nümunələrinin müvafiq laboratoriya sınaqları aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR