İstirahət mərkəzində ölümlə nəticələnən qəzada təqsirləndirilən müəllimə ifadə verib

İstirahət mərkəzində ölümlə nəticələnən qəzada təqsirləndirilən müəllimə ifadə verib
# 16 oktyabr 2015 12:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qobustan rayon Məhkəməsində “Hər fəsil” istirahət mərkəzində Dəniz Qorçunun ölümü ilə nəticələnən qəza ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Zərərçəkmiş şəxsin vəkili Sadiq Əfəndiyevin APA-ya verdiyi məlumata görə, hakim Qaib Hacıyevin sədrlik etdiyi iclasda məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra prosesdə təqsirləndirilən Aytən Əzizova ifadə verib. O, özünü təqsirli bildiyini deyib.

Proses oktyabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il mayın 23-də Qobustan rayonunun “Hər fəsil” istirahət əyləncə mərkəzində Bakı Oksford Məktəbinin şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşıb. Nəticədə maşında olan 10 yaşlı Dəniz Qorçu hadisə yerində dünyasını dəyişib.

Məktəbin digər şagirdləri Ayla Hacızadə, Dinara Muxtarova və müəllimə, 1971-ci il təvəllüdlü Aytən Əzizova müxtəlif bədən xəsarətləri alıblar.

Hadisədən sonra şagirdlərdən birinin şəxsi müəlliməsi olan və maşını idarə edən Aytən Əzizova barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR