Tovuzda 14 yaşlı məktəblini maşın vurub

Tovuzda 14 yaşlı məktəblini maşın vurub
# 29 oktyabr 2015 19:55 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonun Əyyublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Düz Qırıqlı kənd sakini, 2001-ci il təvəllüdlü Mürsəl Məmmədov hazırlıqdan qayıdan zaman yolu keçmək istəyərkən Şəmkir rayon Dəllər qəsəbə sakini, Arzu Əliyevin idarə etdiyi “VAZ21011” markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR