Lənkəran sakinindən külli miqdarda marixuana götürülüb

Lənkəran sakinindən külli miqdarda marixuana götürülüb
# 11 dekabr 2015 11:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs zərərsizləşdirilib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, şəhər sakini, 39 yaşlı Əlövsət Ceyhun oğlu Abışov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilərkən, narkotik vasitə hesab edilən 417 qram marixuana aşkarlanıb.


Araşdırmalardan məlum olub ki, Ə.Abışov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkumluq həyatı yaşayıb.


Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR