İyunda Azərbaycanda pul kütləsi 1 % artıb

İyunda Azərbaycanda pul kütləsi 1 % artıb
# 08 avqust 2016 13:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2016-cı ilin iyul ayının 1-nə 20 851,5 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 002,1 mln. manat və ya 10,62% azdır.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin may ayı ilə müqayisədə iyunda geniş mənada pul kütləsi 221,8 mln. manat və ya 1,08% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 1 185,3 mln. manat və ya 10,78% azalaraq iyulun 1-nə 9 806,5 mln. manat olub, iyunda isə 205,8 mln. manat və ya 2,14% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR