Bakı - APA. Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana səfəri barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Ştaynmayer Azərbaycana iyunun 30-da işgüzar səfər edəcək.
Səfər çərçivəsində Frank-Valter Ştaynmayerin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Ştaynmayer bu gün Ermənistana səfər edəcək. Azərbaycandan sonra isə Gürcüstana gedəcək.
Azərbaycan XİN ATƏT sədrinin səfəri barədə məlumat yayıb
29 iyun 2016 13:59 (UTC +04:00)
Xarici siyasət
Ceyhun Bayramov UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri və Milli Komissiya rəhbərləri ilə görüşüb
14:10
1 may 2024
Aleksandr Zuyev: Azərbaycan siyasi diskusiyaları davam etdirir, BMT-də onlar ən böyük dəstək qrupunu yaradıblar
12:27
1 may 2024
Dövlət Departamenti: ABŞ Cənubi Qafqazda sülhün mümkün olduğuna inanır
00:35
1 may 2024
Ukrayna Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasına dair razılaşmanı alqışlayıb
00:15
1 may 2024