Zakir Həsənov Türkiyə səfiri ilə görüşüb

Zakir Həsənov Türkiyə səfiri ilə görüşüb
# 03 avqust 2016 10:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov –APA. Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR