İntiqam Əliyevin məhkəməsi fevralın 24-nə təxirə salınıb - YENİLƏNİB

İntiqam Əliyevin məhkəməsi fevralın 24-nə təxirə salınıb - <span style="color: red;">YENİLƏNİB
# 26 yanvar 2016 12:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, proses günün ikinci yarısına təyin olunsa da, məhkəmə heyəti iclasın fevralın 24-dək təxirə salındığını elan edib.

***

saat 13.29

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın verdiyi məlumata görə, iclasda vəkil Cavad Cavadlı çıxış edib. O, İntiqam Əliyevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Proses günün ikinci yarısında davam etdiriləcək.


Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR