Azərbaycan ərazisində bazar gününün hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində bazar gününün hava proqnozu açıqlanıb
# 23 aprel 2016 09:48 (UTC +04:00)

Bakı .Cavid Zeynallı - APA. Aprelin 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR