Məhkəmə İcra Hakimiyyətinin bələdiyyəyə qarşı iddiasını təmin etməyib

Məhkəmə İcra Hakimiyyətinin bələdiyyəyə qarşı iddiasını təmin etməyib
# 17 oktyabr 2015 08:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Səbail rayon İcra Hakimiyyəti Səbail rayon Bələdiyyəsini məhkəməyə verib.

APA-nın məlumatına görə, icra hakimiyyəti bələdiyyə tərəfindən Nazim Əliyev adlı şəxsə verilən torpağın sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə icra hakimiyyətinin iddiasını təmin etməyib. Həmin qərarla razılaşmayan icra hakimiyyəti isə apellyasiya şikayəti verib.

Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR