DİN Bakıda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb

DİN Bakıda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb
# 09 aprel 2016 11:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 8-də saat 10 radələrində paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsində Bakı şəhər sakini Dünyamalı Rzayev idarə etdiyi “Otoyol” markalı avtomobillə (103 saylı xətt avtobusu) yolu keçən paytaxt sakini Svetlana Jukovanı vurduqdan sonra Beyləqan rayon sakini Vasif Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillə (30 saylı xətt avtobusu) toqquşub, idarəetməni itirmiş V.Əliyevin avtomobili isə paytaxt sakini Araslan Xəlilovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə dəyib. Nəticədə S.Jukova hadisə yerində ölüb, V.Əliyevin 11 sərnişini xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR