Opera və Balet Teatrında “Françeska da Rimini” baletinin premyerası keçiriləcək

Opera və Balet Teatrında “Françeska da Rimini” baletinin premyerası keçiriləcək
# 03 fevral 2016 09:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Fevralın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.İ.Çaykovskinin “Françeska da Rimini” baletinin premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Françeska da Rimini” bəstəkarın eyniadlı simfonik poemasının musiqisi əsasında səhnəyə qoyulub. Baletin süjet xəttini Dantenin “İlahi komediya” poeması təşkil edir. Musiqi əsəri ilk dəfə 1877-ci ildə dirijor N.Q.Rubinşteynin idarə etdiyi simfonik orkestr tərəfindən Moskvada, 1878-ci ildə isə Peterburqda ifa edilib. “Françeska da Rimini” baletində ailəli gənc qadın Françeskanın Paoloya – öz ərinin kiçik qardaşına olan məhəbbəti və onların faciəvi taleyindən bəhs olunur.

Tamaşanın quruluşçu baletmeysteri Pellumb Aqalliyay (Albaniya), musiqi rəhbəri və dirijoru xalq artisti Yalçın Adıgözəlov, quruluşçu rəssam əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Səhnə əsərində əsas partiyaları əməkdar artisti Nigar İbrahimova (Françeska), gənc solistlər Timur Oduşev (Paolo) və Makar Ferştandt (Cotto) ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR